Kilsəyə hücum: 40-dan çox insan öldürüldü

Kilsəyə hücum: 40-dan çox insan öldürüldü
18:35

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətinin Komanda kəndində "Demokratik Qüvvələrin Alyansı" ekstremist qruplaşmasının silahlıları 40-dan çox insanı qətlə yetirib, onlardan 20-si kilsənin içərisində öldürülüb.

News365.az xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, iyulun 27-nə keçən gecə silahlı qrup kəndə hücum edib. Gecə ibadətinə toplaşan 20 nəfər daxil olmaqla, ümumilikdə 43 nəfər öldürülüb.

Silahlılar bir neçə ictimai bina və şəxsi evləri yandırıblar.


Sizin reklam burada
Sizin reklam burada