Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Azadlıq meydanında etirazçılarla polis arasında qarşıdurma olub.
News365.az xəbər verir ki, insident etirazçıların polisin maskalı əməkdaşlarından bir neçəsinin şəxsiyyətini açıqlamağı tələb etməsindən sonra başlayıb.
Tərəflər arasındakı gərginlik qısa müddət sonra qarşıdurmaya çevrilib.
Hazırda polis əməkdaşları meydanda səfərbər olunub. Etirazçılardan bir hissəsi ərazini tərk etsə də, bir qismi hələ də meydanda qalır.