Kibercinayətkarlıqla bağlı cəzalar sərtləşdirilsin - TƏKLİF

Kibercinayətkarlıqla bağlı cəzalar sərtləşdirilsin - TƏKLİF
12:38

Azərbaycanda kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir.

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, son illər informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, xüsusilə süni intellektin yaranması ilə şəxsi məlumatların oğurlanması halları da artıb: "Bir çox hallarda həmin məlumatlardan istifadə etməkıə insanlar şantaj olunur və bu ciddi mənəvi-psixoloji sarsıntılara yol açır. Mən özüm gənclikdə cəzaların sərtləşdirilməsinə qarşı olmuşam. Ancaq hansısa cinayətlərin sayında ciddi artım müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır və bütün dünyada belə edirlər. Ona görə də cəzalara yenidən baxmalıyıq".

Parlamentin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatın fikirlərinə münasibət bildirib: “Qüdrət müəllim maraqlı məsələlər qaldırdı. Kiber cinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi mövqeyi indi hüquq ictimaiyyətində mövcuddur. Zamanında bizim Cinayət Məcəlləsində sanksiyalar elə də səfrt deyildi. Çünki o dövrdə vəziyyət belə idi. Amma indi hamımız razıyıq ki, kibercinayətlər artıb və çox böyük narahatlıq yaradır. Yəni Qüdrət müəllimlə bu fikiri prinsipcə bölüşürük. Amma onun tətbiqi forması üzərinə düşünmək lazımdır”.


Sizin reklam burada
Sizin reklam burada