Keşişi HIMARS raketi ilə öldürüblər - VİDEO

Keşişi HIMARS raketi ilə öldürüblər - VİDEO
08:26

Ukraynada gərgin döyüşlər davam edir. Cəbhə bölgəsində daha bir rusiyalı din xadimi öldürülübü. Bu barədə yerli media məlumat yayıb. Pskov yeparxiyası isə döyüş zonasında HIMARS raketindən hücum nəticəsində ölmüş həmin keşişin sonuncu dini müraciətini yayıb. Söhbət keşiş Antoni Savçenkodan gedir.


Video çəkilişdə keşiş Savçenko hamını Pasxa bayramı münasibətilə təbrik edir.


O qeyd edir ki, bu gün minnətdarlıq, sevinc və ümidlə dolu xüsusi bir gündür: "Hər kəsə arzu edirəm ki, hər birimiz özümüzə qalib gələk, günaha qarşı mübarizə aparaq, həyatın hər birimizə göndərdiyi bütün sınaqlarla mübarizə aparaq".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada