Kərimdən həyat yoldaşına bahalı hədiyyə

Kərimdən həyat yoldaşına bahalı hədiyyə
27 İyn 2024 22:33

Müğənni Kərim Abbasov "Günaylı gün" verilişində qonaq olub.

Proqram zamanı sənətçi həyat yoldaşının illərdir arzusunda olduğu avtomobili hədiyyə edəcəyini bildirib:

"Vaxt olub ki, pulum olmayıb və məcburiyyətdən həyat yoldaşımın qızıllarını aparıb lombarda qoymuşam. Amma çox utanmışam, xəcalət çəkmişəm. Ona demişəm ki, bu qızılları lombarda qoyuram, amma vaxt gələcək o qədər qızılın olacaq ki, dayan deyəcəksən. O gün qızıl hədiyyə almışam və mənə dedi ki, "Dayan, hələ aldıqlarını taxmamışam". Ona nə versəm azdır. Canım da halal olsun. Yetər ki, məndən nəsə istəsin. İki gün sonra onu növbəti dəfə sevindirəcəyəm. İllərdir arzusunda olduğu avtomobili hədiyyə edəcəyəm. Xaricdən sifariş etmişəm. Artıq Bakıdadır. Ona söz vermişdim ki, təzə maşın alacağam. Amma tapşırmışam ki, maşını əzsən, mənim üstümə gəlmə. Qardaşının yanına get".

Qeyd edək ki, Kərim Abbasob Təranə adlı xanımla ailəlidir. Cütlüyün bir oğlu var.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər