Amerikalı hərbçilər ABŞ-də yaşayan keçmiş pilotları Rumıniyadakı hava
bazasında işləmək üçün bu ölkəyə gətirirlər. Bu barədə Rusiya mediası məlumat
yayıb. Qeyd edilib ki, keçmiş pilotlar fəal şəkildə hərbi proseslərə cəlb edilirlər. Onlar burada Ukrayna Silahlı
Qüvvələrinin pilotlarına F-16 qırıcılarını idarə etmək üçün təlimlər keçirlər.
Məlumata görə hərbi aviasiya sahəsində böyük şirkətlərdən olan Fraken
İnternational rəsmi veb saytında F-16 pilot təlimatçısı ilə bağlı vakansiyalar
yerləşdirib. Bundan əlavə, F-16 mexanika və texniki xidmət mütəxəssisləri üçün
də axtarışlar elan edilib: "Vakansiyaları analiz edəndə belə qənaətə
gəlmək olar ki, şirkət Rumıniyada F-16 qırıcılarının idarə olunması üçün
pilotların hazırlanmasına dair təlim bazasının təminatını həyata keçririr”.
Xatırladaq ki,
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın
24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də,
sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda
Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna
qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt
etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural