“Karvan“ və “İmişli“dən qələbə, lider xal itirdi

“Karvan“ və “İmişli“dən qələbə, lider xal itirdi
25 Apr 2024 21:06

Azərbaycan 1-ci liqasında 23-cü tura start verilib.

İlk oyun günündə 3 qarşılaşma keçirilib.

Lider "Qaradağ Lökbatan" MOİK-lə heç-heçə edib - 1:1. İkinci pillədə qərarlaşan "İmişli" öz meydanında "Zaqatala"ya qalib gəlib - 2:1. "Karvan" isə səfərdə "Aras Saatlı"nı 4:2 hesabı ilə məğlub edib.

"Araz Saatlı" - "Karvan" - 2:4

Qollar: Ravil Yusifli, 61, Oqtay Məmmədov, 83 - İsmael Sanoqo, 28, Peter Kinqs, 32, İzzət Müştaqov, 50, Emil Qasımov, 89

"İmişli" - "Zaqatala" - 2:1

Qollar: İbrahim Əliyev, 9, Elnur Cəfərov, 64 - Rəhman Şabanov, 45+4 (pen)

"Qaradağ Lökbatan" - MOİK - 1:1

Qollar: Xəlil Bşərov, 32 - Ramil Orucov, 13


Youtube kanalımız

Oxşar xəbərlər