Kanalda batan Səfərağanın meyiti tapıldı

Kanalda batan Səfərağanın meyiti tapıldı
26 İyl 2025 17:45

Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb.

News365.az xəbər verir ki, ötən gün kanalda batan rayonun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri S.Musayevin  meyitini batdığı yerdən 16km aralıda   sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.


Sizin reklam burada
Sizin reklam burada