Kamran Həsənli hərbi ekspertləri yıxıb sürüdü - "Azərbaycanda normal hərbi ekspert yoxdur"

Kamran Həsənli hərbi ekspertləri yıxıb sürüdü - "Azərbaycanda normal hərbi ekspert yoxdur"
24 Avq 2024 00:11

Tanınmış aparıcı Kamran Həsənli hərbi ekspertləri yıxıb sürüdü

News365.az xəbər verir ki, Kamran Həsənli verlişlərin birində qeyd edib ki, hazırda Azərbaycanda normal hərbi ekspert yoxdur. 

"Yeni ekspertlər peyda olub. Amma onların heç biri hərbi ekspert deyil. Mən bunu onların birbaşa üzünə deyirəm. Deyə bilərlər ki, bəs sən? Bəli, mən də hərbi ekspert deyiləm. Hərbi ekspertlərin şərh və analitikasını biz dinləyirik. Bizdə bir nəfər Adil Rüstəmzadə var ki, böyük ad-san qazanıb, amma o bizim kanallara müsahibə vermir. Yenə də biz onunla qürur duyuruq. Digər hərbi ekspertlər nədən danışdıqlarını bilirmirlər. Rusiyanın tərəfini saxlayırlar. Rus ekspertlərinin yalanlarını təkrar edirlər. Hərbi ekspertlər bütün detalları tam şəkildə bilməlidirlər. Bu gün onları çıraqla axtarırıq, amma tapa bilmirik. Müharibə dövründə də, ondan sonra da biz heç bir mütəxəssis tapa bilmirik."

Son olaraq Kamran Həsənli bildirib ki, Azərbaycanın taleyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır"


Sizin reklam burada
Sizin reklam burada