Ermənistan görünməmiş imkanlar qazanıb - Paşinyan

Ermənistan görünməmiş imkanlar qazanıb - Paşinyan
12:31

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda  mətbuat konfransı keçirir.

News365.az Ermənistan KİV-nə istinasdən xəbər verir ki, Paşinyan çıxışı zamanı bir sıra siyasi və sosial-iqtisadi məsələlərə toxunub.

Baş nazir bildirib ki, Ermənistan qurbanlar bahasına özü üçün görünməmiş imkanlar yaradıb.

Onun fikrincə, ən mühüm fürsət Ermənistanın uzunömürlü olması ilə bağlı nəzəri tezisin praktiki reallığa çevrilməsidir.

Nikol Paşinyanın sözlərinə görə, “Real Ermənistan” ideologiyası erməni xalqı arasında geniş şəkildə qəbul edilir.

"Ermənistanın beynəlxalq nüfuzu durmadan artır, Ermənistan şimalda, cənubda, şərqdə və qərbdə xoş tərəfdaşdır", - o qeyd edib.

Paşinyan “Gələcək var” şüarının həyata keçirildiyini bildirib.

“İndi mən bəyan edə bilərəm ki, gələcək bu gündür”, - o əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada