1999-cu ildən bəri İmralı həbsxanasında saxlanılan terrorçu PKK terror təşkilatının başçısı 30 mindən çox insanın ölüm əmrini verən, qatil Abdullah Öcalan İmralı
həbsxanasından yeddi dəqiqəlik görüntülü mesaj yayımlayaraq tərəfdarlarına "silahı qoyun" çağırışı edib.
Eyni çağırışı 4 avqust 1999-cu ildə də etmiş idi. Hətta bəzi Türkiyə ərazilərindən PKK üzvləri dağdan enərək silahları təhvil vermiş və "sülh, birgə yaşayış" şüarları səsləndiriblər.
Lakin bu sadəcə bir şou idi. 26 il ərzində PKK yeni yeni silahlar alaraq neçə neçə dinc insanı, türk əsgərini və körpə uşaqları qətl edib.
1987-ci ildə terror təşkilatı PKK ilə ermənilər arasında bir müqavilə bağlanılmışdır:
-Ermənilər PKK terror təşkilatı içində təhsil fəaliyyətlərində olacaqlar
-PKK terror təşkilatına hər il üçün adam başına 5.000 ABŞ Dolları ödənəcək
-Ermənilər kiçik diametrli hərəkətlərə qatılacaqlar
Edilən bu razılaşmanın dərhal sonra təşkilat içərisində Ermənilərin təkidləri üzərinə, PKK-ASALA əlaqələrindən məsul Hermez Samurouyan adlı şəxslə birlikdə 18 Aprel 1990 tarixində edilən yığıncaqda bu qərarlar alınmışdır:
-PKK və ASALA terror təşkilatlarının artıq ortaq idarə olunacaq
-Türkiyədə təhlükəsizlik qüvvətlərinə istiqamətli hərəkətlərdə kəşfiyyatı Ermənilər edəcək
-Ola biləcək inqilabdan sonra əldə edilən torpaqlar bərabər olaraq bölüşüləcək
Düşərgə xərclərinin % 75ini Ermənilər qarşılayacaq
Türkiyə Milli İstihbarat Təşkilatından (MİT) verilən məlumata görə, PKK 1987-ci ildə Ermənistanın o vaxtıkı Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq protokolu imzalayıb. "Ermənistan və İraq kürdləri arasında mədəni-sosial əlaqələrin inkişafı haqqında" adlanan həmin sənəd əsasında İrəvan İraqın şimalındakı PKK düşərgə və bazalarına Suriya vasitəsilə sadəcə, 1992-ci ilin iyunun 12-dən 1993-cü ilin dekabrın 2-dək təxminən $320 min məbləğində geyim, ərzaq, texnika, silah, radiotexniki avadanlıq, dərman preparatları yollayıb. PKK terrorçularından ibarət və hər birində 24 nəfər olan 4 qrup isə həmin müddət ərzində Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin Gümrü, Sisyan və Gekarkunik rayonlarındakı hazırlıq mərkəzlərində terror-diversiya təlimi keçiblər.
Terrorist Abdullah Öcalan, Erməni Yazarlar Birliyi tərəfindən “Böyük Ermənistan xəyali fikirinə olan qatqılarından ötəri” qürur üzvlüyünə seçilibdir.
Çox yazmaq olar bu barədə. Lakin Türkiyə Prezidenti Ərdoğan "PKK yox olarsa, Asala da yox olacaq" sözlərini 1999-cu ildə də eşitmişik. Keçmiş terrorçu olmur. Onlar hər zaman terrorçu olublar və olacaqlar da.
Qeyd edim ki, müxtəlif mənbələrdə belə bir iddia var ki, Apo ləqəbli Abdullah Öcalan əslən ermənidir və əsl adı Artin Aqopyan'dır.Hətta belə bir iddia da var ki, o Öcalan soyadını özünə xüsusən seçib. Səbəbi isə, qondarma olduğu tarixi sənətlərlə sübuta yetirilmiş "erməni soyqırımı" məsələsidir.Soyadının mənası "Öc - alan" yəni ermənilərin qisasını alan deməkdir..
Kürdlər də bu erməninin oyuncağına çevriliblər. Sizlərə 1890-cu ildə yaradılan Hnçak Partiyasının şüarını da təqdim edirəm.
"Türkü və kürdü harada və nə vəziyyətdə görürsən, öldür. Yalançıları, satqınları, erməni xəfiyyələrini, xainləri öldür, intiqam al!”
Qədim törə var. Bu cürə insanların ölüsünün üzərinə ayaq qoyaraq "bağışladım" demək lazımdır.Vəssalam. Terrorçu ölməlidir.
Və ümid edirəm indiki Türkiyə Osmanlı dövləti kimi hərəkət etməz. O dövrdə ermənilərə Gümrü paytaxt olmaqla muxtar dövlət statusu verməyib Qərbi Azərbaycan torpaqlarında onlara dövlət yaratdılar. İnanmıram ki, indi də Urmiya ətrafında, Güney Azərbaycanda bir kürd dövlətin də yaradadlar. Daha doğrusu Kürd dövləti adı altında ikinci erməni dövləti.
Yoxsa Azərbaycana qardaş qardaş deyib torpaqlarımızda dövlət yaratmağı heç düşmən də etməz..
Zaur Əliyev, tarixçi alim