Cümhuriyyət İttifaqının "Terrorsuz Türkiyə" adlandırdığı proses çərçivəsində PKK terror təşkilatının simvolik olaraq silahlarını yandırması və ardınca Prezident Rəcəb Tayyib Ərdoğanın "Ölkəmizin qarşısında yeni bir dövrün qapıları aralanır" mesajı ilə yeni bir mərhələyə keçid işarə olundu. Bu çərçivədə 15 İyul üçün hazırlanan reklam lövhələrində “Millətin Adı Türkiyə” ifadəsinə yer verildi.
News365.az xəbər verir ki, lakin Ulu Öndər Mustafa Kamal Atatürkün 1930-cu ildə qələmə aldığı “Vətəndaş üçün Mədəni Bilgilər” kitabında etdiyi “Türkiyə Cümhuriyyətini quran Türkiyə xalqına Türk milləti deyilir” tərifinə bu sloganda yer verilməməsi sərt tənqidlərə səbəb olub. Reklam lövhələrindəki “Millətin Adı Türkiyə” ifadəsinə böyük etirazlar gəlib.
Atatürkçü Düşüncə Dərnəyinin (ADD) sədri Hüsnü Bozkurt, “Türk milləti nə reklam lövhələri ilə, nə imperialist cəfəngiyatlarla, nə də siyasi oyunlarla meydana çıxmayıb. Onun 5 min illik tarixi var,” deyə bildirib. Bozkurt əlavə edib: “Türk milləti eramızdan əvvəl 3000-ci ilə gedib çıxan bir tarixə sahibdir və dünyanın ilk anti-imperialist İstiqlal müharibəsi ilə 7 dövləti diz çökdürərək müstəqilliyini qazanmış bir millətdir. Bu onun şərəfidir.”
“CÜMHURİYYƏTİ QURAN XALQA TÜRK MİLLƏTİ DEYİLİR”
Bozkurt digər bütün xalqların “Türk milləti” ifadəsini istifadə etdiyini xatırladaraq bildirib: “Imperialist təsirlərin altında əzilən bəzi qeyri-kafi iddialı şəxslər İngilis Ədəbiyyatı, Fransız Kinosu, Hind Musiqisi deyərkən, bunlara uyğun olaraq Türkiyə Ədəbiyyatı, Türkiyə Kinosu, Türkiyə Musiqisi kimi ifadələr işlədib yeni bir ‘kəşf’ etdiklərini düşünürlər. Amma bu şəkildə min illik bir millətin adı dəyişdirilə bilməz. Rus xalqına Rusiya, fransızlara Fransa, almanlara Almaniya, italyanlara İtaliya, yaponlara Yaponiya, ispanlara İspaniya deyilmədiyi kimi, türklərə də Türkiyə deyilə bilməz! Üstəlik ‘Millətin adı Türkiyə’ deyə plakatlar hazırlamaq, bunları hər yerə asmaq və xalqın da bunu qəbul edəcəyini düşünmək absurddur. Türkiyə Cümhuriyyətini quran xalq Türk Millətidir! Xahiş edirik, bu afişaları dərhal qaldırın. Ne mutlu Türk’üm diyene!” — deyə fikirlərini tamamlayıb.