Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu Mütvəli Şıxlinski oğlu saxlanılıb.
News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“İlkin məlumata görə, Mütvəli iki saat əvvəl saxlanılıb. Onun müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi planlaşdırılır. Daha sonra barəsində həbs qətimkan tədbiri müəyyən ediləcək”, – deyə mənbə bildirib.
"RBK"nın məlumatına görə də, Mütvəli Şıxlinski saxlanılıb və hazırda dindirilir. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ məlum deyil.