"Azərbaycan və Türkmənistan müstəqil siyasətlə gələcəyə inamla baxır"- İlham Əliyev

"Azərbaycan və Türkmənistan müstəqil siyasətlə gələcəyə inamla baxır"- İlham Əliyev
12:20

“Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır”. 

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü zamanı bildirib. 

“Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək”, - dövlət başçısı qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada