Goranboyda kütləvi dava - 3 nəfər xəstəxanalıq oldu

Goranboyda kütləvi dava - 3 nəfər xəstəxanalıq oldu
16 İyl 2025 09:40

Goranboyda kütləvi dava-dalaş olub.

News365.az xəbər verir ki, hadisə ötən gecə rayonun Veyisli kəndində qeydə alınıb.

Kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada