Kamran Əliyev yenidən Baş prokuror TƏYİN EDİLDİ - SƏRƏNCAM

Kamran Əliyev yenidən Baş prokuror TƏYİN EDİLDİ - SƏRƏNCAM
01 May 2025 16:44

Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib. 

News365.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi.

Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.


Sizin reklam burada
Sizin reklam burada