Tramp Putinlə təkbətək görüşməyi planlaşdırır

Tramp Putinlə təkbətək görüşməyi planlaşdırır
10:05

ABŞ prezidenti Donald Tramp, gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

News365.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

Məlumata görə, Tramp Avropa liderləri ilə telefon danışığında bu niyyətini bildirib. Görüşdən sonra Putin və Ukrayna prezidenti Zelenski ilə üçtərəfli görüş keçirmək planlaşdırılır. ABŞ və Rusiya hələ bu məlumatlara rəsmi açıqlama verməyib.

Tramp, Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun Moskvada Putinlə keçirdiyi görüşün məhsuldar olduğunu və "böyük irəliləyiş əldə olunduğunu" qeyd edib. O, Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün çalışacaqlarını vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada