Gürcüstanda 13 günlük çoxmillətli NATO təlimləri başa çatıb

Gürcüstanda 13 günlük çoxmillətli NATO təlimləri başa çatıb
06 Avq 2025 20:15

Gürcüstanda iyulun 25-dən etibarən keçirilən NATO-nun çoxmillətli “Agile Spirit 2025” təlimləri başa çatıb.

News365.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərin bağlanış mərasimi Tbilisi yaxınlığındakı Vaziani döyüş hazırlığı mərkəzinin meydanında keçirilib. Gürcüstan Müdafiə Nazirliyi və ABŞ səfirliyinin nümayəndələri təlimlər zamanı fərqlənən hərbçiləri müxtəlif medallar və fəxri fərmanlarla təltif ediblər.

Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukraynadan olan hərbçilər iştirak ediblər. Ermənistan və Yaponiya silahlı qüvvələrinin nümayəndələri müşahidəçi qismində təmsil olunublar.


Sizin reklam burada
Sizin reklam burada