“Toplum TV işi” ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.
News365.az xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat yayıb.
Fərid İsmayılzadə hazırda Xətai Rayon Məhkəməsindədir. Fərid İsmayılzadənin evində axtarış aparılıb və otaq yoldaşı Nihad İbrahimxəlilov (Libettarian) da saxlanılıb. Həmin şəxs hazırda Bakı Şəhər Baş Polis İdarəsindədir.
“Toplum TV”nin başqa bir əməkdaşı Elmir Abbasov da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.