İtaliyada aprel ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkün deyil.
News365.az xəbər verir ki, bunu İtaliyanın iqtisadiyyat naziri Giancarlo Giorgetti bildirib.
Nazirin sözlərinə görə, belə bir halda hökumətin regional hakimiyyət orqanlarına daha geniş səlahiyyətlərin verilməsini nəzərdə tutan planlarını təsdiqləmək üçün kifayət qədər vaxtı olmayacaq.
Giorgetti qeyd edib ki, hökumət seçkilərdən əvvəl bu islahatları həyata keçirməyə üstünlük verir.