Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubuna zərbə endirməsini pisləyib.
News365.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.
"Livanın mülki obyektləri yenidən İsrail tərəfindən atəş altındadır. Bütün Livan xalqı və onun ərazisi qarşısındakı məsuliyyətimiz bizdən bu təcavüzü pisləməklə kifayətlənməyərək problemlərin həllini tələb edir", - o bildirib.
Öz növbəsində, KİV-in məlumatına görə, İsrailin Livanın cənubuna gecə saatlarında endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, daha yeddi nəfər yaralanıb.
Daha əvvəl bildirilmişdi ki, İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasının infrastrukturuna zərbə endirib.