İsrail Livanda Hizbullah obyektlərini bombalayıb

İsrail Livanda Hizbullah obyektlərini bombalayıb
13:58

İsrail ordusu Livan ərazisində İranpərəst Hizbullah hərəkatına aid bir neçə infrastrukturu bombaladığını açıqlayıb.

News365.az “Le Figaro”ya istinadən xəbər verir ki, hücumlar əsasən təlim mərkəzləri və silah anbarlarını əhatə edib.

İsrail ordusu açıqlamasında bildirib ki, bu obyektlər Hizbullah tərəfindən İsrailə qarşı terror hücumları hazırlamaq məqsədilə istifadə olunurdu.

2024-cü ilin noyabrından atəşkəs elan edilməsinə baxmayaraq, İsrail ordusu Livan ərazisinə müntəzəm hücumlar həyata keçirir və Hizbullahı hədəf aldığını bildirir.

Livan hakimiyyət orqanlarının məlumatına görə, son hücumlar nəticəsində ən azı üç nəfər həyatını itirib. AFP agentliyinin Livan Səhiyyə Nazirliyinin statistikalarına əsasən, atəşkəsdən bəri İsrailin Livandakı bombardmanları nəticəsində 340-dan çox insan həlak olub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada