Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül oldu

Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül oldu
14:45

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, hadisə şəhərin PMK adlanan yaşayış massivində qeydə alınıb.

İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 kvadratmetr olan 2 otaqlı mənzildə qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Buna baxmayaraq, ev yanaraq külə çevrilib.

Yanğın zamanı evdə xəstə olan iki nəfər yanğından xilas olunub, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada