İsrail İranı atəşkəsi pozmaqda ittiham edir

İsrail İranı atəşkəsi pozmaqda ittiham edir
11:50

İsrail atəşkəs elan edildikdən sonra İrandan öz ərazisinə raket atışlarını qeydə alıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.


"Bir müddət əvvəl İrandan İsrail dövlətinə doğru atılan raketlər aşkar edildikdən sonra İsrailin şimalında həyəcan siqnalları işə düşüb", - məlumatda deyilir.


Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri hazırda təhlükənin aradan qaldırılması üçün zərurət olan yerlərdə müdaxilə tədbirləri görür və zərbə endirmək üçün fəaliyyət göstərir.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqladı. Amerika lideri bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandırıb və bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Eyni zamanda, İran İslam Respublikası isə iddia edir ki, ABŞ-ın zərbələri onların mühüm obyektlərinə ciddi ziyan vurmayıb. İran buna cavab olaraq ABŞ-nin Yaxın Şərq ölkələrindəki bir neçə bazasına hücum edib. Qətərə, İraqa raketlərin atılmasını əks etdirən videolar yayılıb.

İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Dünən isə ABŞ prezidenti Donald Tramp İsrail-İran müharibəsində atəşkəsin elan olunduöunu bəyan edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada