İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edir - KİV

İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edir - KİV
15 Apr 2025 11:50

İsrail Misir vasitəsilə Qəzza zolağında hərbi əməliyyatları müvəqqəti dayandırmaq və davamlı atəşkəs haqqında danışıqlara başlamaq təklifini Həmas-a təhvil verib.

News365.az xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.

Mənbələrin məlumatına görə, Qahirə İsrailin təşəbbüsünü artıq HƏMAS-a çatdırıb və onların cavabını gözləyir.

İsrail şərtlərdən biri kimi HƏMAS-ın tərksilah edilməsində israr edir. HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.


Sizin reklam burada
Sizin reklam burada