İşlə təmin olunmuş sakinlərin sayı açıqlandı

İşlə təmin olunmuş sakinlərin sayı açıqlandı
14:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

"Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 8 466 şəxsin məşğulluğu təmin edilib.

Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və sair aktiv məşğulluq tədbirləri həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada