İşdən çıxarılan başçını Prezidentə o şikayət edibmiş

İşdən çıxarılan başçını Prezidentə o şikayət edibmiş
13 Yan 2026 22:00

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

News365.az Axar.az-a istinadən xəbər verir ki, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib. Ölkə başçısı isə dərhal qərarını verib.

Qeyd edək ki, Elxan İbrahimov Azərbaycam Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, dekabrın 29-də isə vəzifəsindən azad olunmuşdu.


Sizin reklam burada
Sizin reklam burada