Göygöldə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirilib - FOTO

Göygöldə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirilib - FOTO
20:04

Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qərbi Azərbaycan İcmasının Göygöl nümayəndələri ilə görüş keçirilib.

Tədbir zamanı Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qarşıya qoyulan əsas məqsədlər və hədəflər, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi hüquqlarının bərpası, eləcə də onların hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Çıxışlarda Qərbi Azərbaycan məsələsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti qeyd edilərək, icma ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.

İştirakçılar Qərbi Azərbaycana həsr olunmuş kitab sərgisi ilə tanış olublar. İcma üzvlərinə “Qərbi Azərbaycan: tarixi yaddaşımız” adlı kitablar hədiyyə olunub.

Tədbirdə qonaq qismində iştirak edən həkim Abbas Bağırov (Göyçəgöllü) tərəfindən Azərbaycanın qədim milli musiqi aləti olan saz və müəllifi olduğu kitablar da hədiyyə edilib.

Sonda Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Novruzov tərəfindən yeni üzvlərə QAİ-nın üzvlük vəsiqələri və döş nişanları təqdim olunub, xatirə fotosu çəkdirilib.


Sizin reklam burada
Sizin reklam burada