İtaliya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
News365.az İran mediasına istinadən xəbər verir ki, səbəb İtaliyanın xarici işlər naziri Antonio Tacaninin Avropa İttifaqı ölkələrinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanımağı təklif edəcəyini bəyan etməsi olub.
İran XİN İtaliya səfirinə SEPAH-ın terror təşkilatı kimi tanınmasının destruktiv nəticələrə gətirib çıxaracağını vurğulayıb və İtaliya XİN rəhbərini özünün yanlış yanaşmasını düzəltməyə çağırıb.
Qeyd edək ki, Antonio Tacani bundan əvvəl Avropa ölkələrindən SEPAH-ı terror təşkilatı elan etmələrini istəyəcəyini bildirib.