Bir çox ərzilərdə kirayə qalanlar və evini müqaviləsiz kirayə verən şəxslərlə bağlı monitorinqlər başlayıb.
News365.az xəbər verir ki, ötən il qanunsuz əldə olunan dövriyyənin azaldılması məqsədilə vergi məcəlləsində kirayə mənzillərin sahibləri üçün müəyyən dəyişiklik edildi. Evini kirayə verən şəxslər kirayə əmlaka görə 10 faiz vergi ödəməlidir.
Bu ildən etibarən edilən dəyişikliklə bağlı müəyyən qurumlar tərəfindən monitorinqlər aparılacaq və evini müqaviləsiz kirayə verən şəxslərlə bağlı tədbir görüləcək.
Bu müqavilə həmin evlərdə kirayə qalan şəxslərin yaşadıqları evə qeydiyyata düşməsinə də kömək edəcək. Kirayə qalanların cərimələnməsi isə vergi öhdəliyi ilə deyil, qaldığı yer üzrə qeydiyyata düşməməklə bağlıdır. Yeni qanun tələb edir ki, evini kirayə verən şəxs dövlətə bunun vergisini ödəsin, kirayə qalan şəxs isə yaşadığı ünvana qeydiyyata düşsün. Bu qaydanı pozan hər iki tərəf monitorinq zamanı aşkarlanacağı təqdirdə, cərimələnəcək.
Əmlak ekspertləri hesab edir ki, vətəndaşlar kirayə qaldıqları yer üzrə qeydiyyata alınması mütləqdir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən cərimələnə bilərlər.