Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb

Lavrov MDB ölkələrinin səfirləri ilə görüşüb
20:40

Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri ilə ənənəvi görüşü baş tutub. 

News365.az Rusiya XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan səfiri Rəhman Mustafayev də iştirak edib. 

Görüşdə, həmçinin, MDB-nin Baş katibi Sergey Lebedev və digər Avrasiya strukturlarının icra orqanlarının rəhbərləri iştirak ediblər. 

Görüş iştirakçıları aktual beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar və 2025-ci ildə Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrinə yekun vurublar. 

“Xarici siyasət koordinasiyasının gücləndirilməsi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin artırılması və regional təhlükəsizliyin təmin edilməsi daxil olmaqla, yaxın gələcək üçün vəzifələr müəyyən edilib”, - Rusiya XİN-in məlumatında qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada