Xarkovda sərnişin qatarına PUA hücumu: Ölən və yaralananlar var

Xarkovda sərnişin qatarına PUA hücumu: Ölən və yaralananlar var
09:48

Ukraynanın Xarkov vilayətində Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının mülki sərnişin qatarını hədəf alması ağır nəticələrə səbəb olub.

News365.az-ın “LeMonde.fr”ə istinadən verdiyi məlumata görə, hücum zamanı qatarda təxminən 200 nəfər olub.

Ukraynanın Baş naziri Yuliya Sviridenkonun açıqlamasına əsasən, hadisə nəticəsində 12 nəfər həyatını itirib. Ölənlər arasında hamilə qadının və orta yaşlı bir ailənin olduğu bildirilir. Hücum zamanı çoxsaylı sərnişin də müxtəlif dərəcəli xəsarətlər alıb.

Ukrayna Prezidenti Volodimir Zelenski baş verənlərlə bağlı “Telegram” hesabında paylaşım edərək mülki şəxslərin hədəfə alınmasını kəskin pisləyib. Prezident bildirib ki, mülki vaqonda insanların öldürülməsinə heç bir halda hərbi əsas göstərilə bilməz.

Ukrayna hava hücumundan müdafiə qüvvələrinin məlumatına görə isə son 24 saat ərzində ölkə ərazisinə ümumilikdə 165 Rusiya PUA-sı buraxılıb. Onlardan 135-nin havada zərərsizləşdirildiyi qeyd olunub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada