Azarkeşlər Fransaya yollanarkən faciəvi şəkildə öldülər - VİDEO

Azarkeşlər Fransaya yollanarkən faciəvi şəkildə öldülər - VİDEO
09:13

Rumıniyanın Timişoara şəhəri yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ən azı yeddi PAOK azarkeşi həyatını itirib.

News365.az xəbər verir ki, faciə Serbiya sərhədindən təxminən 60 kilometr məsafədə qeydə alınıb.

Məlumata əsasən, Saloniki təmsilçisinin azarkeşləri cümə axşamı günü Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Olimpik Lion”la keçiriləcək oyun üçün Fransaya yola düşüblər.

Lakin səfər faciə ilə nəticələnib.

İlkin məlumata görə, azarkeşləri daşıyan nəqliyyat vasitəsi hərəkət zamanı əks zolağa çıxaraq yük maşını ilə toqquşub.

Qəzanın dəqiq səbəbləri hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada