"İranla bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunub" - Tramp

"İranla bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunub" - Tramp
09:18

Donald Tramp İranla aparılan müzakirələrin müsbət istiqamətdə davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki tərəfdaş ölkələrlə birlikdə Tehran rəhbərliyinin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ciddi nəticələrə yaxınlaşırlar.

ABŞ lideri bildirib ki, hazırkı danışıqlar prosesi ümidverici mərhələyə çatıb. O, əldə olunan irəliləyişin davamlı olub-olmayacağının yaxın zamanda bəlli olacağını vurğulayıb.

Tramp əlavə edib ki, əgər tərəflər razılığa gələ bilsələr, bu vəziyyət həm region, həm də beynəlxalq təhlükəsizlik baxımından mühüm nəticə olacaq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada