İranla atəşkəs əldə olunduğunu rəsmən təsdiqlədilər

İranla atəşkəs əldə olunduğunu rəsmən təsdiqlədilər
24 İyn 2025 11:03

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib.

News355.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb.

“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - bəyanatda qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada