İranda baş verən hadisələr və mümkün siyasi dəyişikliklər hələ də mürəkkəb və qeyri-müəyyəndir.
News365.az xəbər verir ki, sabiq millət vəkili Tahir Kərimli Tv365 kanalına açıqlamasında İranda baş verən hadisələr və mümkün dəyişikliklər barədə fikirlərini bölüşüb.
O bildirib ki, İran rəhbərliyi ilə danışıqlar aparmaq istəyi olsa da, reallıq çox mürəkkəbdir:
“İranda siyasi və ideoloji sistem çox mürəkkəb qurulub. Orada mədəni hakimiyyət olsa da, etnik və dini fərqliliklər, sosial bərabərsizliklər mövcuddur. Xalqın böyük hissəsi dövlət büdcəsindən asılıdır və bu, vəziyyəti daha da mürəkkəbləşdirir”, – Kərimli deyib.
Sabiq deputat həmçinin Sepahın ölkədəki gücünü vurğulayıb:
“Sepah yalnız hərbi təşkilat deyil, eyni zamanda ideoloji qurumdur. Onlar dini rəhbərləri və dövlət strukturlarını nəzarətdə saxlayır. Hətta prezident Məsud Pezeşkian da ölkənin müdafiəsi ilə bağlı bəyanatlar verir. Bu sistem dərhal dəyişə bilməz”, – Kərimli əlavə edib.
O bildirib ki, İranın tarixi və ideoloji sistemi dəyişikliklərə qarşı dayanıqlıdır və xarici müdaxilə ilə rejim üzərində dərhal dəyişiklik etmək mümkün deyil.