İranda etirazçılar xarici qüvvələr tərəfindən silahlandırılır.
News365.az xəbər verir ki, İsrailin “Channel 14” telekanalının yaydığı məlumata görə, İranda keçirilən etiraz aksiyalarında iştirak edən şəxslər xarici qüvvələr tərəfindən döyüş sursatlı odlu silahlarla təmin olunur.
İddiada bildirilir ki, rejimə bağlı yüzlərlə təhlükəsizlik əməkdaşının həlak olmasının əsas səbəbi də məhz bu silahlanmadır.
Məlumat rəsmi Tehran tərəfindən təsdiqlənməyib, məsələ ilə bağlı müstəqil mənbələrdən təsdiq yoxdur.