İran və ABŞ orijinal ideyaları müzakirə etdi - Oman

İran və ABŞ orijinal ideyaları müzakirə etdi - Oman
11 May 2025 20:59

İran və ABŞ Maskatda keçirilən danışıqlarda Tehranın nüvə dosyesi ilə bağlı razılığa gəlmək üçün ortaq istəyi əks etdirən faydalı və orijinal ideyaları müzakirə edib.


News365.az xəbər verir ki, bunu dialoq prosesində vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi deyib.


"Bu gün Maskatda İran və ABŞ arasında danışıqların növbəti raunduna yekun vurduq. Müzakirələrdə layiqli razılaşma əldə etmək üçün ümumi istəyi əks etdirən faydalı və orijinal ideyalar qeyd olundu. Danışıqların beşinci raundu hər iki tərəfin liderilə məsləhətləşdikdən sonra baş tutacaq", - o bildirib.


Sizin reklam burada
Sizin reklam burada