İrəvan küçələrinə Lənkəran akasiyası əkilməsi narazılıq yaratdı - FOTOLAR

İrəvan küçələrinə Lənkəran akasiyası əkilməsi narazılıq yaratdı - FOTOLAR
11:05

Erməni aktivist Eduard Ayrumyan Facebook səhifəsində maraqlı məlumat yayıb. O, statusunda fotolar yerləşdirərək yazıb ki, paytaxt İrəvanda yaşıllaşdırma ilə bağlı xaos yaşanır. Xüsusən də rəhbərliyin Lənkəran akasiyası adlı ağaclara meyl etməsi anlaşılmazır: “Keçən il İrəvan Bələdiyyəsinin Yaşıllaşdırma və Ətraf Mühitin Mühafizəsi İdarəsi alqış sədaları altında illər öncə əkilmiş yaşıl ağacları yığışdırıb onların yerində “Lənkəran albiziyaları” əkdi. Həmin vaxt xeyli aktivist bunun əleyhinə çıxış etmişdi. Ekspertlər deyir və kitablarda da yazılıb ki, albiziyalar əsasən bağ üçün nəzərdə tutulan ağac növüdür.

İrəvanda küçələrə əkilən bu ağaclar quruyacaq, ya da bu canlı sözün həqiqi mənasında yol kənarlarında əziyyət çəkəcək. Xüsusən də onun soyuğa çox davamlı olmadığı üçün yetişməsi çətin olacaq. Bu gün Qnun bazarına getdim və yol kənarında bu mənzərəni gördüm. Landşaft dizaynı bütöv bir elm sayılır və bu peşəkarlar tərəfindən edilməlidir. Peşəkarlara etibar edilməyəndə nəticə belə olacaqdı".

Aktivist xeyli sayda pöhrələməyən və ya ümumiyyətlə quruyan ağacın da fotolarını statusa yerləşdirib. Şərhlərdə isə ağacın Azərbaycanın Lənkərən bölgəsnina dını daşımasına diqqət çəkənlər də olub.  Lənkəran akasiyası Azərbaycanın endemik bitkisi sayılır.

Tural


Sizin reklam burada
Sizin reklam burada