İran qlobal internetdən ayrılmaq üçün hazırlıq aparır

İran qlobal internetdən ayrılmaq üçün hazırlıq aparır
12:23

İran hökuməti ölkəni qlobal internet şəbəkəsindən ayırmaq məqsədilə hazırlıq işlərinə start verib.

News365.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, İranda artıq dövlət tərəfindən təsdiqlənmiş daxili axtarış sistemləri, xəritə xidmətləri və mesajlaşma tətbiqlərini əhatə edən xüsusi “ağ siyahı” yaradılıb. Siyahıya həmçinin yalnız dövlətin icazəsi ilə video yayımlanmasına imkan verən striminq platforması daxil edilib.

Rəqəmsal hüquqlar üzrə ekspert Amir Raşidi bildirib ki, hazırda ölkədə daxili internetin “skelet versiyası” fəaliyyət göstərir və bu sistem mərhələli şəkildə genişləndirilərək tam qlobal şəbəkənin yerini almağa hazırlaşır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada