"Kremlin əsl sahibi kimdir - Putin, yoxsa Lavrov?" - SƏRT AÇIQLAMA

"Kremlin əsl sahibi kimdir - Putin, yoxsa Lavrov?" - SƏRT AÇIQLAMA
10:01

Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus Kreml rəhbərliyi ilə bağlı sərt açıqlama verib.

News365.az xəbər verir ki, o, “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov Putinin dediklərini açıq şəkildə təkzib edirsə, o halda Putinin Kremlin əsl rəhbəri olub-olmaması sual altına düşür:

«Kremlə kim rəhbərlik edir: Putin, yoxsa Lavrov? Putinin Trampa ikitərəfli görüşdə verdiyi vədləri Lavrov ictimai şəkildə inkar edirsə, necə onunla danışıqlar aparmaq olar? Bəlkə də Kremlə əslində Putin deyil, başqası rəhbərlik edir?»

Kubilyusun bu açıqlaması Qərbdə Rusiya hakimiyyəti daxilindəki ziddiyyətlər mövzusunu gündəmə gətirib. Analitiklər hesab edirlər ki, Putinin Tramp ilə görüşündə səsləndirilən bəyanatların Lavrov tərəfindən inkarı Kremlin daxilində ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərir.


Sizin reklam burada
Sizin reklam burada