Netanyahu: Qəzzada döyüşlər bitmək üzrədir

Netanyahu: Qəzzada döyüşlər bitmək üzrədir
20:30

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada döyüşlərin yaxın vaxtlarda bitə biləcəyini söyləyib.

News365.az xəbər verir ki, bu barədə o, “Sky News”a müsahibəsində bildirib.

O vurğulayıb ki, HƏMAS razılaşmaya getsə belə, İsrail yerdə qalan terrorçuları məhv etmək və ölkənin təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirəcək.

“Hər bir halda bunu edəcəyik. HƏMAS-ı orada saxlamaq məsələsi heç vaxt olmayıb. ABŞ Prezidenti Donald Tramp bunu ən yaxşı formada deyib: HƏMAS Qəzzadan yox olmalıdır”, - Netanyahu qeyd edib.

O əlavə edib ki, HƏMAS üzvləri silahlarını yerə qoysa və ən azı 20-si sağ olan qalan 50 girovu da azad etsə, müharibə bu gün başa çata bilər.


Sizin reklam burada
Sizin reklam burada