İran Milli Təhlükəsizlik Şurası AEBA ilə əməkdaşlığı dayandırmağa qərar verib

İran Milli Təhlükəsizlik Şurası AEBA ilə əməkdaşlığı dayandırmağa qərar verib
20 Sen 2025 22:20

İran Milli Təhlükəsizlik Ali Şurası ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığının dayandırılması barədə qərar qəbul edib.

News365.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Şura qeyd edir ki, qərara səbəb Birləşmiş Krallıq, Almaniya və Fransanın BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarını bərpa etməyə yönəlmiş addımları olub.

“İran Xarici İşlər Nazirliyi agentliklə dialoq apararaq böhranın həlli üçün planlar təqdim etsə də, Avropa ölkələrinin mövqeyi nəzərə alınaraq əməkdaşlığın dayandırılması qərara alınıb”, -məlumatda deyilir.


Sizin reklam burada
Sizin reklam burada