“İran-İsrail toqquşmaları regional təhlükəsizliyə ciddi təhdid yaradır”- Deputatdan AÇIQLAMA

“İran-İsrail toqquşmaları regional təhlükəsizliyə ciddi təhdid yaradır”- Deputatdan AÇIQLAMA
12:19


İsrail və İran arasında baş verən hərbi toqquşmaların artıq səkkizinci gününü yaşadığını vurğulayan Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, hazırkı vəziyyət təkcə bu iki ölkə ilə məhdudlaşmır və prosesə beynəlxalq aktorlar da müdaxilə etmək niyyətindədir.

“Əgər ilk günlərdə yalnız İsrail və İran arasında raket mübadiləsi müşahidə edilirdisə, bu gün artıq beynəlxalq dövlətlər məsələyə münasibət bildirməyə başlayıblar.

Bu isə gərginliyin lokal səviyyədən çıxaraq genişmiqyaslı regional təhlükəyə çevrildiyini göstərir”, – deyə deputat News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, əvvəllər baş verən oxşar toqquşmalar qısa müddətdə başa çatırdı və genişlənmirdi: “Lakin bu dəfə artıq səkkiz gündür qarşıdurma davam edir. Ən təhlükəli məqam isə ondan ibarətdir ki, ABŞ da açıq şəkildə bəyanatlar verir və prosesə birbaşa müdaxilə niyyətini nümayiş etdirir. Bu, Yaxın Şərqdə siyasi vəziyyəti kökündən dəyişə biləcək qədər təsirli bir gedişata səbəb ola bilər”.

Sevil Mikayılova qeyd edib ki, İran regionun kiçik dövləti kimi görünsə də, real gücə sahibdir: “Atom bombasına sahib olmasa da, uranın zənginləşdirilməsi və nüvə proqramına yönələn texnologiyalarla silahlanmış bir siyasət yürüdür. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir”.

Deputat əlavə edib ki, diplomatik ritorikanın da getdikcə sərtləşməsi qarşıdakı günlərdə vəziyyətin daha da kəskinləşə biləcəyindən xəbər verir.


Sizin reklam burada
Sizin reklam burada