Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib.
News365.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr verib.
Əmrə əsasən, Seymur Nəcəfov maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru - baş mühasibi vəzifəsində çalışıb.