İran Azərbaycanı müharibə bataqlığına çəkmək istəyir - TƏHLİL

İran Azərbaycanı müharibə bataqlığına çəkmək istəyir - TƏHLİL
17:37

Rəsmi Tehranın ideoloqları yenə Azərbaycan bağlı ritorikalar səsləndirirlər. Bu günlərdə İranın dövlətə məxsus “Üfüq” telekanalında yayımlanan canlı efirdə Azərbaycana qarşı açıq hərbi hücum çağırışı edilib. Beynəlxalq məsələlər üzrə iranlı ekspert Mustafa Xoşçəçm çıxışı zamanı Tehranın Azərbaycan əleyhinə konkret hərbi addımlar atmalı olduğunu bəyan edib.

Ekspert iddia edib ki, İsrail təyyarələri Təbrizə Azərbaycandan daxil olur və Azərbaycan İsrailə neft və yanacaq verir ki, bu təyyarələr Qəzzə və Livanı bombalayıb daha sonra İrana hücum etsin:

“Azərbaycanın neft kəməri çox yaxındadır. Qarşımızdakı variantlardan biri də budur ki, regiondakı neft və yanacaq infrastrukturunu hədəfə alaq”, – deyə Xoşçəçm təhdidedici şəkildə bildirib.

O həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxunaraq qeyd edib:

“Azərbaycan Ermənistanın Sünik bölgəsi yaxınlığında hərbi təlimlər keçirməyə çalışır. Görür ki, bizim başımız qarışıqdır. Zəngəzur dəhlizinin açılması İranın geosiyasi boğulmasına və Şimal–Cənub dəhlizinin bağlanmasına səbəb ola bilər. Bu isə sadə məsələ deyil, buna ciddi yanaşmalıyıq”.

Bu bəyanatlar İran dövlət televiziyasında səsləndirildiyindən, Tehranın rəsmi mövqeyinə yaxın ritorika kimi qiymətləndirilir və regionda gərginliyi daha da artıracağı ehtimal olunur.

Bəri başdan deyək ki, iranlı ekspert Mustafa Xoşçəçmin bütün iddiaları feyk, əsassız və təxribat xarakterlidir. O iddia edir ki, “İsrail təyyarələri Təbrizə Azərbaycandan daxil olur”.

Bu gerizəkalı guya bilmir ki, Azərbaycan İsraillə həmsərhəd deyil. Və bu iki ölkə arasında 1300-1400 kilometrlik hava məsafəsi var. Belə olan vəziyyətdə Azərbaycan İsrail üçün nə qədər əlverişli platforma olar.

Hələ onu demirik ki, İranla İsrail bir medalın iki üzüdür. Hər iki dövlətin ilk və son hədəfi Yaxın Şərqdə davamlı olaraq münaqişə ocaqları yaratmaqdır.Və bu münaqişələrə müsəlman dövlətlərini cəlb eləməkdir. Elə iyunun 12-dən başlayan hava hücumlarının məqsədi də odur ki, hansısa müsəlman ölkəsi bu münaqişəyə qoşulsun. Əks təqdirdə bu münaqişə 5-10 günə bitəcək.

Üstəlik, İranın İsrailə qarşı seçdiyi taktika müharibə qaydalarına qətiyyən uyğun gəlmir. Axı harda görünüb ki, düşmənin vurulacağı hədəf qabaqcadan ictimailəşdirilsin. Bu günlərdə rəsmi Tehran bildirib ki, yaxın saatlarda İsrailə sarsıdıcı zərbələr endirəcək və Ramat David aviabazasını vuracaq. Güclü hava hücumundan müdafiə sistemlərinə malik İsrail kimi bir dövlətə bunu demək nə qədər məntiqlidir. Deməli, bütün raket hücumları qabaqcadan “düşmən” tərəflə razılaşdırılır. Belə olmasa idi İran ancaq İsraildəki müsəlman yaşayış məntəqələrini hədəfə almazdı. Məsələn, İran İsrailin Tamra kimi 98 faiz müsəlmanların yaşadığı şəhərlərini vurur. İlkin məlumatlara görə ölənlər və yaralılar arasında qadın və uşaqlar var. Ola bilsin, İsrail müsəlmanlar yaşadığı bölgələrdə hava hücumundan müdafiə sistemlərinə o qədər də əhəmiyyət vermir. Ya da bu məqsədli şəkildə həyata keçirilir. Çox qəribədir ki, İranın İsraildə ərəb müsəlmanları, ümumiyyətlə mülki insanları, İsrailin də İranda sadə vətəndaşları vurması çoxsaylı suallar ortaya çıxarır.

Bütün bunlar onu göstərir ki, İranın məqsədi heç də İslamın “düşməni” olan İsraili yer üzündən silmək deyil. Əsas hədəf belə münaqişələr hesabına daha çox müsəlmanı qırğına verməkdir.

İranlı ekspertin ikinci iddiası daha təhlükəlidir. O açıq şəkildə Azərbaycanı təhdid edir və hakimiyyəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmağa çağırır.

Axı bu kəmərin İsrail-İran münaqişəsinə nə aidiyyatı var?!

Bu tip ritorikalar yuxarıda dediyimiz fikri bir daha gücləndirir ki, İsrail-İran münaqişəsinin hədəfi digər bir müsəlman ölkəsini müharibə bataqlığına çəkməkdir. Və Mustafa Xoşçəçm hədəfi göstərir. Bu hədəf Azərbaycandır.

Mustafa Xoşçəçminin üçüncü iddiası da Azərbaycanın siyasi-iqtisadi maraqlarına yönəlib. O açıq şəkildə deyir ki, Zəngəzur dəhlizinin açılışına imkan vermək olmaz. Bu layihə Hindistan-İran-Ermənistan işbirliyinə çox böyük zərbədir. Və iranlı ekspert bu məsələdə daha çox ermənipərəst mövqedən çıxış edir.

Bu da başa düşüləndir.

Müsəlman həmrəyliyindən danışan İran ancaq qeyri-müsəlman ölkələri ilə dostluq edir. 22 ərəb dövlətindən yalnız biri – Yəmənlə İranın normal münasibəti var. Qalan ərəb ölkələri ilə münasibətlər düşmənçilik səviyyəsindədir. Bu gün yaxın qonşuları olan Türkiyə, Azərbaycan, Əfqanıstan və Pakistanla mehriban qonşuluq münasibətləri  İran üçün qətiyyən maraqlı deyil.

Belə olmasa idi son 35 ildə İran birmənalı şəkildə Ermənistanı dəstəkləməzdi. 44 günlük müharibədə hətta Gürcüstan belə hava və yerüstü nəqliyyat marşurutlarını Ermənistanın üzünə bağladı. Amma İran Ermənistana təkcə koridor vermədi, həm də hərbi və iqtisadi dəstək göstərdi.

Bu mənada Mustafa Xoşçəçm və digər molla-fars ideoloqları müsəlman həmrəyliyindən danışacaq ən sonuncu varlıqlardı. İran İslamın pozucu ünsürü və qeyri-müsəlman dövlətlərin maşasıdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada