İnşaat kərpicləri üçün gömrük rüsumu dəyişib

İnşaat kərpicləri üçün gömrük rüsumu dəyişib
16:30

Azərbaycana idxal edilən inşaat kərpicləri üçün gömrük rüsumu dəyişib.

News365.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Beləliklə, 31 dekabr 2025-ci il tarixədək ölkəyə idxal olunan inşaat kərpiclərinin 1000 ədədi üçün 15 ABŞ dolları gömrük rüsumu tətbiq olunub. Dəyişikliyə əsasən, 1 yanvar 2026-cı ildən 31 dekabr 2028-ci ilədək idxal olunan inşaat kərpiclərinin 1000 ədədi üçün 20 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.


    Sizin reklam burada
    Sizin reklam burada