Fransa Quru Qoşunlarının Xarici Legionunun istefada olan generalı Dominik Delavard bəyan edib ki, Ukraynada sülh 2025-ci ilin sonuna qədər Rusiya Federasiyasının məcburiyyəti ilə bərqərar olacaq. O, bu fikri Rusiya mediasına müsahibəsində bildirib.
“Milad bayramına kimi sülhün olacağına inanıram. Lakin bu sülh döyüş meydanında silah gücünə və Ukraynanın qeyd-şərtsiz prosesə məcbur edilməsi ilə nail olunacaq”, - o vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, sülh müqaviləsi Rusiya şərtləri ilə diktə olunacaq. Generalın sözlərinə görə, Rusiya özünün dörd yeni regionunu əlində axlayacaq və ola bilsin ki, Odessanın sərhədlərinə qədər irəliləyəcək. O qeyd edib ki, Odessa “əzəli rus şəhəridir” və Rusiyanı Dnestryanı ilə “birləşdirmək”, Ukraynanı Qara dənizə çıxışdan məhrum etmək üçün lazımdır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural