İlham Əliyev gələn həftə Almaniyaya GEDİR

İlham Əliyev gələn həftə Almaniyaya GEDİR
19 Apr 2024 16:55

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın paytaxtı Berlin şəhərinə səfəri gözlənilir. 

Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib. 

Səfərin aprelin 26-da baş tutacağı bildirilir. Məlumata görə, gələn həftə Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. 

“İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq”, - deyə o qeyd edib.  

Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu dəfə bu ilin fevral ayının 17-də Almaniyaya səfər edib. Dövlət başçısı Münhendə Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. 

 


Youtube kanalımız

Oxşar xəbərlər