"Xərçəngdən əziyyət çəkən Böyük Britaniya Kralı III
Çarlzın vəziyyəti müsbət dinamika göstərir”.
News365.az xəbər verir ki, bu barədə “PA Media” agentliyi
məlumat yayıb.
Agentliyin məlumatına görə, kralın səhhəti yaxşılaşır.
Bildirilib ki, sağlamlığı onun üçün əsas prioritet olaraq qalır.
Bundan əlavə, qeyd olunub ki, kral xəstəliyinin ilk
günlərindən ictimai vəzifələrini maksimum dərəcədə yerinə yetirməyə çalışıb və
bununla da daha çox şeyə qadir olduğunu sübut edib.